Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, əməkdaş həyatını itirib

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, əməkdaş həyatını itirib

Tarix: 23 Aug 2026 10:36

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

SOCAR AQŞ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.

Qərbi Abşeron yatağı platforma ölüm

Mənbə: apa.az

Xəbər Lenti