Bazar ertəsi, 24 Avqust, 2026
Tarix: 23 Aug 2026 13:12
İki gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan 1954-cü il təvəllüdlü şəxsin (Xalq artisti Şükufə Yusupova - red.) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
22 avqust, saat 15.09
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, dünən saat 18:00 radələrində Səbail rayonun Həsən Seyidbəyli küçəsində Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.
Emin Şirvanzadə Şükufə Yusupova qəzaMənbə: apa.az