Ukrayna XİN: Qara dənizdə həyatını itirən dənizçilər arasında Türkiyə vətəndaşları da var

Ukrayna XİN: Qara dənizdə həyatını itirən dənizçilər arasında Türkiyə vətəndaşları da var

Tarix: 23 Aug 2026 20:12

“Qara dənizdə həyatını itirən dənizçilər arasında Türkiyə vətəndaşları da var”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

Ukrayna rəsmisi hadisələrin səbəblərinin araşdırılması və mülki dəniz daşımalarının təhlükəsizliyinin təmin olunması üçün Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Tixiy dənizçiləri rəsmi naviqasiya xəbərdarlıqlarına əməl etməyə, dəniz nəqliyyatı üçün qapalı ərazilərdən, həmçinin Rusiyanın limanları və ərazi sularından uzaq durmağa çağırıb.

Dəryanur Cəfərova Ukrayna Türkiyə Qara dəniz

Mənbə: apa.az

Xəbər Lenti