Bazar ertəsi, 24 Avqust, 2026
Tarix: 23 Aug 2026 22:54
İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru Roman Qofman İdlib əyalətindəki Əbu Duhur aerodromuna endirilən zərbədən sonra Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.
Bu barədə “Ynet” portalı mənbəyə istinadən məlumat verib.
“Ynet” görüşün təfərrüatları ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, bu ilin avqust ayının 18-də İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində, İdlib vilayətində yerləşən Əbu Duhur aerodromuna bir neçə zərbə endirib. Zərbələr maddi ziyana səbəb olub. “Reuters”in məlumatına görə, uçuş-enmə zolağı və anbarlar hədəfə alınıb.
Mossad Suriya XİN ŞeybaniMənbə: apa.az