Exit-poll: Qazaxıstan parlamentinə beş partiya düşə bilib

Exit-poll: Qazaxıstan parlamentinə beş partiya düşə bilib

Tarix: 24 Aug 2026 02:29

Üç exit-pollun açıqladığı məlumatlara görə, beş partiya səslərin 5 faizindən çoxunu toplayaraq Qazaxıstanın yeni birpalatalı parlamentinə – Qurultaya düşə bilir.

APA xəbər verir ki, səslərin mütləq əksəriyyətini ən böyük partiya olan “Adilet” əldə edib. Bütün sorğulara əsasən, partiya 70 faizdən çox səs toplayır.

İkinci yerdə 6,4 faizlə “Auıl”, üçüncü yerdə 5,5 faizlə “Respublica”, dördüncü yerdə 5,4 faizlə “Ak Jol”, beşinci yerdə isə 5 faizlə Ümumxalq Sosial-Demokrat Partiyası (OSDP) qərarlaşıb.

Əvvəlki parlamentin aşağı palatasında təmsil olunan Qazaxıstan Xalq Partiyası (QXP) isə 3,2 faiz səs toplayıb və Qurultaya düşə bilməyib.

Sorğuda iştirak edənlərin 2,6 faizi bütün partiyaların əleyhinə səs verib.

Qazaxıstan seçki

Mənbə: apa.az

Xəbər Lenti