Bazar, 30 Avqust, 2026
Tarix: 24 Aug 2026 03:40
ABŞ Prezidenti Donald Tramp gələn ay İrlandiyaya səfər edərək özünün Doonbegdəki qolf meydançasında keçiriləcək “Irish Open” turnirini izləyəcək.
“New York Post”un məlumatına görə, Tramp sentyabrın 12-13-də İrlandiyada olacaq.
Səfər zamanı ABŞ səfirliyinin əməkdaşları və biznes nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.
Səfərin əsas hissəsinin Trampın İrlandiyanın Klar qraflığının Danbis şəhərində yerləşən “Trump International Golf Links & Hotel” kompleksində keçirilməsi gözlənilir.
Tramp ABŞ İrlandiyaMənbə: apa.az