Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır

Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır

Tarix: 24 Aug 2026 10:41

Oman Sultanlığının xarici işlər naziri Seyid Bədr Əl-Busəidi Tehrana səfər edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə bildirib. Bəqainin sözlərinə görə, Bədr Əl-Busəidinin səfəri sabaha planlaşdırılıb. Səfər çərçivəsində Oman xarici işlər nazirinin iranlı həmkarı Abbas Əraqçi ilə görüşərək, ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir. Bəqai bildirib ki, səfər İran-Oman ikitərəfli əməkdaşlığının gücləndirilməsi, eləcə də Hörmüz boğazı üzrə siyasi məsləhətləşmələrin davam etdirilməsi və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Haşim Rahimi İran xarici işlər naziri Abbas Əraqçi Oman xarici işlər naziri İsmayıl Bəqai

Mənbə: apa.az

Xəbər Lenti