Pakistan ordusunun komandanı İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

Pakistan ordusunun komandanı İran İslam Şurası Məclisinin sədri ilə görüşüb

Tarix: 24 Aug 2026 20:26

Pakistan ordusunun komandanı feldmarşal Asim Münir bu gün axşam İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, Pakistanın Tehran və Vaşinqton arasında vasitəçilik səylərinin davamı olaraq keçirilən görüşdə Qalibaf ABŞ-ın öhdəliklərinə əməl etməməsinə toxunaraq bildirib ki, anlaşma memorandumunda tərəflərin öhdəlikləri aydın şəkildə müəyyənləşdirilib.

Qalibaf qeyd edib ki, ABŞ öhdəliklərini yerinə yetirməməklə regionda sabitliyin təmin olunmasına mane olub və bu, həmin ölkəyə etimadsızlıq üçün daha bir səbəb yaradıb.

İranın danışıqlar heyətinin rəhbəri İranın təzyiqlərdən təsirləndiyi barədə iddiaları rədd edərək vurğulayıb ki, Tehran anlaşma memorandumunda müəyyən edilmiş şərtlərin icrasını tələb edir.

O bildirib ki, məhz ABŞ anlaşma memorandumunda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir.

Asim Münir də görüş zamanı regionda sabitliyin bərpası istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Haşim Rahimi Pakistan İran Asim Münir Məhəmməd Baqer Qalibaf İran parlamenti ABŞ Tehran Vaşinqton vasitəçilik regional sabitlik diplomatik danışıqlar anlaşma memorandumu

Mənbə: apa.az

Xəbər Lenti