Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 24 Aug 2026 20:59
Ukrayna ABŞ və Avropa tərəfdaşları ilə birlikdə müharibənin dayandırılması üçün yeni plan hazırlayıb.
UNIAN-a xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb. Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.
Zelenski bildirib ki, ABŞ tərəfinin əlavə təklifləri də var və Kiyev onların təqdim olunmasını gözləyir.
Ukrayna Rusiya Volodimir Zelenski ABŞ Avropa Donald Tramp müharibə sülh planı atəşkəs Rusiya-Ukrayna müharibəsi bufer zonası Sergey Lavrov Vatikan danışıqlar
Mənbə: apa.az