Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 24 Aug 2026 22:39
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Tehranda Pakistan ordusunun komandanı Asim Münirlə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İran-ABŞ münasibətləri və Tehranla Vaşinqton arasında vasitəçilik səyləri müzakirə olunub. Rzayi ABŞ-a qarşı etimadsızlığın qaldığını bildirərək, Vaşinqtonun mövcud anlaşma memorandumunun şərtlərini yerinə yetirmək üçün praktiki addımlar atmalı olduğunu deyib. O, həmçinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasında İranın rolunu vurğulayıb.
Asim Münir isə İran və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib, iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin olunması istiqamətində Pakistanın səylərindən danışıb.
Haşim Rahimi İran Pakistan Möhsün Rzayi
Mənbə: apa.az