Çərşənbə, 26 Avqust, 2026
Tarix: 25 Aug 2026 09:20
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Pərviz Rəsulov idarə etdiyi "Toyota Camry" markalı avtomobillə hərəkətdə olarkən 1994-cü il təvəllüdlü Samir Əlizadəni vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Emin Şirvanzadə qəza Xətai rayonu piyada ölümüMənbə: apa.az