Bağdad-Bakı aviareysi ilə ölkəyə qanunsuz gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb

Bağdad-Bakı aviareysi ilə ölkəyə qanunsuz gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb

Tarix: 25 Aug 2026 11:30

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük nəzarəti tədbirləri çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən edilib.

Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlahə Səlimova qəlyan tütünü Hava Limanı gömrük qutu Bağdad-Bakı aviareysi

Mənbə: apa.az

Xəbər Lenti