Çərşənbə, 26 Avqust, 2026
Tarix: 25 Aug 2026 10:54
Ağdam rayonunda qətl törədilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Səfərli qəsəbəsində ailədaxili münaqişə zəminində baş verib.
Rayon sakini, 1996-cı il təvəllüdlü, beş uşaq atası Qənbərov Eldəniz Elşən oğlu qayınatası, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlil oğlunu bıçaqlayaraq öldürüb.
Zakir Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Eldəniz Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Elgün Gəncimsoy Ağdam bıçaq ölümMənbə: apa.az