Azərbaycanda ilk dəfə "Musiqinin gücü" layihəsi Gəncədə təqdim olunub - FOTO

Tarix: 31.05.2024 21:05

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Musiqinin gücü" layihəsini həyata keçirib.

APA xəbər verir ki, layihə çərçivəsində insanların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə açıq havada konsert proqramı baş tutub.

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Cəngi rəqsi, solistlər Zəminə Nuriyeva, Xəyal Əliyev, Şirxan Cahangirov, Rövşən Məmmədov, Əli Məmmədov, Azər Verdiyev, İlham Qasımovun ifasında Əlibaba Məmmədovun "Mənim Azərbaycanım", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" və Azərbaycan xalq mahnıları şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Musiqinin gücü" layihəsi çərçivəsində mütəmadi olaraq konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.

Xəbər Lenti