Cümə axşamı, 27 Avqust, 2026
Tarix: 26 Aug 2026 11:51
2026-cı ilin yanvar – iyul ayları ərzində banklar 858.7 milyon manat xalis mənfəət əldə ediblər.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% çoxdur.
Hesabat dövründə banklar 1 milyard 307.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 213.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
İlahə Səlimova xalis mənfəət banklarMənbə: apa.az