“Bitcoin”in qiyməti 79 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 79 min dollardan aşağı düşüb

Tarix: 27 Aug 2026 08:06

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub. “APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib. “Ethereum” sutka ərzində 1,07% bahalaşaraq 2 489,98 dollara, BNB 1,03% artaraq 702,66 dollara yüksəlib. “Bittensor” 2,15% bahalaşaraq 238,60 dollara çatıb. “Zcash” 0,26% ucuzlaşaraq 780,44 dollara, “Monero” 0,83% azalaraq 439,65 dollara, “Bitcoin Cash” isə 0,49% geriləyərək 266,40 dollara enib. Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,32% azalaraq 4 621,41 dollara, “Tether Gold” (XAUT) isə 0,33% ucuzlaşaraq 4 618,73 dollara düşüb. Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,06% artaraq 2,65 trilyon dollara çatıb. Analitiklərə görə, “Bitcoin”in 80 min dollar həddini keçdikdən sonra yenidən bu səviyyədən aşağı düşməsinə bazarda mənfəətin realizasiyası və qısamüddətli satış təzyiqinin artması təsir göstərir.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti