ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Tarix: 28 Aug 2026 07:44

ABŞ və Asiya fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub, Avropa indeksləri isə son ticarət sessiyasını əsasn enişlə başa vurub. “APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 105,56 bənd və ya 0,20% artaraq 53 569,44 bəndə, S&P 500 55,29 bənd və ya 0,72% yüksələrək 7 730,99 bəndə, Nasdaq Composite isə 411,15 bənd və ya 1,57% artaraq 26 541,35 bəndə çatıb. NYSE Composite 93,04 bənd və ya 0,38% azalaraq 24 649,03 bəndə düşüb. Kanadanın S&P/TSX Composite indeksi 20,60 bənd və ya 0,06% artaraq 36 834,25 bənd təşkil edib. Avropada Euro Stoxx 50 46,01 bənd və ya 0,71% azalaraq 6 424,73 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 85,58 bənd və ya 0,79% geriləyərək 10 792,54 bəndə düşüb. Almaniyanın DAX indeksi 81,28 bənd və ya 0,31% artaraq 26 367,24 bəndə yüksəlib. Fransanın CAC 40 indeksi 142,52 bənd və ya 1,68% azalaraq 8 319,87 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 185,70 bənd və ya 0,93% geriləyərək 19 881,60 bəndə düşüb. Asiya-Sakit okean regionunda Nikkei 225 550,90 bənd və ya 0,83% artaraq 66 682,88 bəndə, TOPIX 35,16 bənd və ya 0,85% yüksələrək 4 152,38 bəndə, Hang Seng 83,18 bənd və ya 0,33% artaraq 25 648,92 bəndə çatıb. Çinin CSI 300 indeksi 8,47 bənd və ya 0,18% azalaraq 4 621,81 bəndə düşüb. S&P/ASX 200 0,41% artaraq 9 075,70 bəndə, MSCI AC Asia Pacific isə 0,30% yüksələrək 277,68 bəndə çatıb. Analitiklərə görə, ABŞ bazarındakı yüksəlişə “Nvidia”nın güclü gəlir proqnozu və səhmlərinin 8,7% bahalaşması fonunda texnologiya sektorunda alışların artması əsas dəstək verib. Avropada isə xüsusilə Fransanın maliyyə və siyasi vəziyyəti ilə bağlı narahatlıqlar indekslərə təzyiq göstərib.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti