Dünya bazarında neft ucuzlaşmaqda davam edib

Dünya bazarında neft ucuzlaşmaqda davam edib

Tarix: 28 Aug 2026 07:51

Dünya əmtəə bazarlarında neft qiymətləri ucuzlaşıb. “APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,34 dollar və ya 0,38% azalaraq 89,36 ABŞ dollarına düşüb. ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,32 dollar və ya 0,38% ucuzlaşaraq 83,21 dollar təşkil edib. Həftəlik hesablamada isə “Brent” təxminən 5,3%, WTI isə 4,3% ucuzlaşıb. Analitiklər neftin ucuzlaşmasını Hörmüz boğazının yenidən açılması istiqamətində diplomatik səylərin güclənməsi və bunun tədarük risklərini azalda biləcəyi gözləntiləri ilə əlaqələndirirlər.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti