Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Tarix: 01 Sep 2026 07:52

Qlobal fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 374,09 bənd və ya 0,70% azalaraq 53 185,90 bəndə, “S&P” 500 25,62 bənd və ya 0,33% geriləyərək 7 686,14 bəndə, “Nasdaq Composite” isə 31,53 bənd və ya 0,12% azalaraq 26 370,89 bəndə düşüb. “NYSE Composite” 123,23 bənd və ya 0,50% azalaraq 24 461,95 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 283,44 bənd və ya 0,78% geriləyərək 36 270,48 bəndə enib.

Avropada “Euro Stoxx” 50 65,51 bənd və ya 1,01% azalaraq 6 420,16 bəndə, Almaniyanın “DAX” indeksi 311,88 bənd və ya 1,17% geriləyərək 26 258,11 bəndə, Fransanın “CAC” 40 indeksi 66,68 bənd və ya 0,79% azalaraq 8 334,50 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 67,80 bənd və ya 0,34% geriləyərək 19 974,10 bəndə düşüb. Böyük Britaniyanın FTSE 100 indeksi üzrə şəkildəki son göstərici avqustun 28-nə aiddir.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 261,60 bənd və ya 0,39% azalaraq 66 050,33 bəndə, Honq-Konqun Hang Seng indeksi 295,19 bənd və ya 1,15% geriləyərək 25 271,80 bəndə, Çinin “CSI” 300 indeksi 7,63 bənd və ya 0,16% azalaraq 4 617,46 bəndə düşüb. Avstraliyanın “S&P/ASX” 200 indeksi 34,16 bənd və ya 0,38% geriləyərək 9 041,80 bənd təşkil edib. Yaponiyanın “TOPIX” indeksi isə 21,56 bənd və ya 0,52% artaraq 4 177,85 bəndə, “MSCI AC Asia Pacific” 0,09 bənd və ya 0,03% yüksələrək 278,19 bəndə çatıb.

Qlobal fond bazarlarındakı eniş əsasən ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi nəticəsində neftin bahalaşması və bunun inflyasiyanı sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Neft qiymətlərində sıçrayış istiqraz gəlirliliyini də yüksəldib, FED-in sentyabrda faiz artıra biləcəyi gözləntilərini gücləndirib və investorların riskli aktivlərə marağını azaldıb.

Rahim Tarıverdiyev indeks

Mənbə: apa.az

Xəbər Lenti