“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

Tarix: 01 Sep 2026 09:24

“Kapital Bank” ASC səhmdarlarına dividend ödəməyə hazırlaşır.

"APA-Economics" xəbər verir ki, bununla bağlı məsələ Bankın səhmdarlarının oktyabrın 6-da keçiriləcək növbəti ümumi yığıncağının gündəliyinə daxil edilib.

Qeyd edək ki, səhmdarların ümumi yığıncağı “Kapital Bank”ın baş ofisində keçiriləcək.

Xatırladaq ki, “Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 265,85 milyon manatdır.

Rahim Tarıverdiyev kapital bank bank dividend səhmdar

Mənbə: apa.az

Xəbər Lenti