Çərşənbə axşamı, 1 Sentyabr, 2026
Tarix: 01 Sep 2026 12:53
Azərbaycan Respublikası Su Məcəlləsinin 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilib.
ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən "APA-Economics"ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.
Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən edilib:
1. su obyektlərindən su götürməklə istifadə; 2. su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə; 3. su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.
Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir. Bunlara su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması, gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi, boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə, həmçinin fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması daxildir.
APA-Economics su obyektləri ödəniş ADSEA Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti XidmətiMənbə: apa.az