Paşinyan: Bölgədə sülh bərqərar olduqdan sonra Ermənistan-Rusiya münasibətlərinə “təzə baxışla” yanaşılmalıdır - YENİLƏNİB

Paşinyan: Bölgədə sülh bərqərar olduqdan sonra Ermənistan-Rusiya münasibətlərinə “təzə baxışla” yanaşılmalıdır - YENİLƏNİB

Tarix: 01 Sep 2026 21:43

Ermənistan ilə Rusiya arasında müzakirə tələb edən bir çox məsələlər yığılıb qalıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə ŞƏT sammiti çərçivəsində görüşündə bildirib.

Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirməkdə maraqlı olduğunu deyib.

O, son illərdə Ermənistan ətrafında və bütövlükdə regionda vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri münaqişə şəraitində müəyyən məna daşıyıb. Lakin regionda sülh bərqərar olduqdan sonra bu münasibətlərə artıq “təzə baxışla” yanaşılmalıdır.

Paşinyan belə bir yanaşmanın ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərindən danışan Baş nazir onların bir çoxunun uğurla fəaliyyət göstərdiyini, mənfəət əldə etdiyini və əhəmiyyətli vergi ödəyicilərinə çevrildiyini söyləyib. Bununla belə, o, Rusiyanın iştirakı ilə hələ də gəlirsiz qalan və inkişaf etməyən müəssisələrin də olduğunu qeyd edib.

Paşinyanın fikrincə, bu məsələ həm Ermənistanın, həm də Rusiyanın marağında olduğundan, birgə həll edilməlidir. O bildirib ki, tərəflər konkret şirkətlərin vəziyyətini və mövcud problemləri ətraflı müzakirə etməlidirlər. Fərid Əkbərov

*** 21:34 Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqla bağlı üzv ölkələri məlumatlandırmayıb. APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Paşinyan bildirib ki, Aİİ haqqında Müqavilədə təşkilat üzvünün çıxmaq qərarı verdiyi halda atılmalı addımlar açıq şəkildə göstərilib. Onun sözlərinə görə, sənəddə üzv dövlətin təşkilatdan kənarlaşdırılmasına dair hər hansı müddəa nəzərdə tutulmayıb.

Ermənistanın Baş naziri qeyd edib ki, ölkənin Aİİ-dən çıxmaq qərarı verəcəyi təqdirdə tərəfdaş dövlətlərə bu barədə 6 ay əvvəl məlumat verilməsi nəzərdə tutulur.

Paşinyanın sözlərinə görə, İrəvan Rusiya ilə Ermənistan arasında, eləcə də Aİİ çərçivəsində mövcud müqavilə-hüquqi bazanı təhlil edib və Ermənistanın Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozduğuna dair hər hansı hal müəyyən edilməyib.

Baş nazir Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qanunun qəbul edilməsinə də toxunub. O bildirib ki, Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun qəbul edilməsi referendum keçirilməsi ideyasından imtina deməkdir.

“Bu məsələ hələ Ermənistan xalqının qarşısında formalaşdırılması mümkün olacaq səviyyədə yetişməyib”, - deyə Paşinyan qeyd edib.

Paşinayn Putin Ermənistan Rusiya

Mənbə: apa.az

Xəbər Lenti