Misirdə avtobus qəzası nəticəsində 21 nəfər ölüb, 28 nəfər yaralanıb

Misirdə avtobus qəzası nəticəsində 21 nəfər ölüb, 28 nəfər yaralanıb

Tarix: 03 Sep 2026 04:14

Misirin Cənubi Sinay bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 21 nəfər ölüb, 28 nəfər yaralanıb.

APA xəbər verir ki, qəza Dahab və Nuveiba şəhərlərini birləşdirən yolda baş verib. Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, qəza zamanı avtobus aşıb.

Hadisə nəticəsində yaralananların xəstəxanalara çatdırılması üçün əraziyə 20 təcili yardım maşını göndərilib. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

İordaniya Xarici İşlər Nazirliyi avtobusda İordaniya vətəndaşlarının da olduğunu və onların arasında ölən və yaralananların olduğunu təsdiqləyib.

Qeyd edək ki, Qırmızı dəniz sahilində yerləşən Cənubi Sinay bölgəsi turistlər arasında məşhur istirahət məkanıdır. Misirdə yol-nəqliyyat hadisələri kifayət qədər geniş yayılıb. Ötən ay İsmailiyyə əyalətində baş verən başqa bir qəza nəticəsində 15 nəfər ölmüş, 32 nəfər yaralanmışdı.

Misir Avtobus

Mənbə: apa.az

Xəbər Lenti