- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 07.06.2024 09:40
Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Bolqarıstanın Sofiya şəhərində keçirilmiş “İnterpol Qlobal Geiger konfransı və hüquq-mühafizə orqanlarına dəstək proqramı” adlı beynəlxalq konfransda iştirak edib.
FHN-dən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə radioaktiv və nüvə materiallarının aşkar edilməsi üsullarının və belə hadisələrin qarşısını almaq üçün mövcud təcrübənin (aşkarlama, qiymətləndirmə, məlumatların toplanması, faktların təhlili və s.) təkmilləşdirilməsindən ibarət olub.
Tədbirdə Azərbaycan FHN-in nümayəndəsi Nicat Əliyev təqdimatla çıxış edib.
Konfrans çərçivəsində aidiyyəti sahələr üzrə gələcək inkişaf perspektivləri və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb.