Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Tarix: 04 Sep 2026 12:18

Şimali Kipr Türk Respublikasının Girne sahillərində baş verən dəniz qəzasından sonra aparılan axtarış əməliyyatları zamanı daha iki nəfərin meyiti tapılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel bildirib.

Ünal Üstel dənizdən daha 2 qadının meyitinin çıxarıldığını deyib.

Beləliklə, qəza nəticəsində ölənlərin sayı 12-yə çatıb.

İtkin düşən 16 nəfərin axtarışları isə davam etdirilir.

Dəryanur Cəfərova #ŞimaliKipr #gəmiqəzası #Girne

Mənbə: apa.az

Xəbər Lenti