Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb

Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb

Tarix: 10 Sep 2026 12:31

2026-cı ilin yanvar-iyul aylarında təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı 774 müraciət daxil olub.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 221-i təmin olunub, istehlakçılara 6 min manat vəsait geri qaytarılıb.

Ən çox müraciət elektrik enerjisi xidmətləri üzrə – 215, qaz təchizatı üzrə 156, içməli su üzrə 110 olub.

Həmçinin hava yolu nəqliyyatı üzrə 61, dəmir yolu nəqliyyatı üzrə 60, rabitə üzrə 51, istilik enerjisi üzrə 48, kanalizasiya üzrə 11, poçt üzrə 6, nəqliyyat xidmətləri üzrə isə 4 müraciət daxil olub.

Digər sahələr üzrə müraciətlərin sayı 52 təşkil edib.

Rahim Tarıverdiyev təbii inhisar elektrik enerjisi qaz təchizatı içməli su

Mənbə: apa.az

Xəbər Lenti