Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 08 Jun 2024 04:33
ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək
APA xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen 10-12 iyun tarixlərində Ermənistana səfər edəcək.
O'Brayenin Ermənistan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və İrəvan və Bakı arasında sülh müqaviləsi məsələlərini müzakirə etməyi planlaşdırılır.