Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 05 Oct 2026 14:35
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 838 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1144,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
mina PHS ANAMA
Mənbə: apa.az