- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 09.06.2024 09:16
İyunun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.
Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 mm, Goranboyda 30 mm, Bərdədə 24 mm, Yevlaxda 22 mm, Gədəbəydə 20 mm, Daşkəsəndə 18 mm, Naftalanda 16 mm, Qaxda 13 mm, Qəbələ, Gəncə, Göygöldə 12 mm, Lerikdə 10 mm, Zaqatalada 8 mm, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 mm, Şəmkir, Ordubadda 6 mm, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub.