- Çərşənbə axşamı, 24 Dekabr, 2024
Tarix: 10.06.2024 11:13
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilir.
APA xəbər verir ki, şəhid hərbçinin nəşi Tərtər rayonunun İsmayılbəyli kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada hərbçi ilə vida mərasimi keçirilir.
Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.