Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Tarix: 08 Sep 2026 14:45

İran ABŞ və İsrailə qarşı müqavimətini davam etdirəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib.

Onun sözlərinə görə, İranın münaqişədən qaçmaq istəyinə baxmayaraq, Tehran ABŞ və İsrailə qarşı müqavimətini davam etdirmək niyyətindədir.

“İran İslam Respublikası hər zaman müharibəyə qarşı olub və xalqın maraqlarının, eləcə də regionun təhlükəsizliyinin qorunmasını müharibə alovunun qarşısının alınmasında görüb. Lakin bu günə qədər təcavüz qarşısında cəsarətlə müdafiəyə qalxdığı kimi, bu müqaviməti də təcavüzkarların tam peşmanlığına qədər güclü şəkildə davam etdirəcək”, - İran Prezidenti qeyd edib.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti