Çərşənbə, 25 Noyabr, 2026
Tarix: 25 Nov 2026 15:26
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə Eldəniz Qulamovun yeni vəkili Faiq Nəcəfovun prosesə qoşulması barədə qərar qəbul edilib.
Cinayət işi materiallarında olan sənədlərin ekspertizaya göndərilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirikən hər iki şəxsin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Raqif Abbasov və Eldəniz Qulamov son sözə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.
Emin Şirvanzadə Raqif Abbasov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi sabiq rəis məhkəmə mənimsəmə Gənclər və İdman NaziriyiMənbə: apa.az