Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir

Kreml: Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir

Tarix: 25 Nov 2026 16:57

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıqlar gedir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Nikol Paşinyan Rusiyaya səfəri zamanı dekabrın 21-də keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyini açıqlayacaq.

“Biz hələ bunu bilmirik. Bunu Paşinyandan soruşmaq lazımdır. Düşünürəm ki, Moskvada olduğu zaman o, sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq”, – Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.

İlqar Xudiyev Peskov Paşinyan Ermənistan MDB Rusiya

Mənbə: apa.az

Xəbər Lenti