Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

Tarix: 13 May 2026 11:32

Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib.

Məlumata görə, sözügedən standartlar aşağıdakılardır:

• AZS ГОСТ 12.2.002:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi - Kənd təsərrüfatı texnikası - Təhlükəsizliyin qiymətləndirilməsi üsulları”;

• AZS ГОСТ 17.2.2.02:2026 “Dizel mühərriklərinin, traktorların və özüyeriyən kənd təsərrüfatı maşınlarının işlənmiş qazlarının qeyri-şəffaflığını təyin etmək üçün standartlar və üsullar”;

• AZS ГОСТ 20062:2026 “Traktor oturacağı”;

• AZS ГОСТ 32774:2026 “Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları - dartma qurğuları”;

• AZS ISO 27850:2026 “Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar - düşən predmetlərdən qoruyucu konstruksiyalar - sınaq prosedurları və işçi xarakteristikaya tələbləri”;

• AZS ISO 8084:2026 “Meşə təsərrüfatı üçün maşınlar - operatorun qoruyucu strukturları - laboratoriya sınaqları və performans tələbləri”;

• AZS ISO 11169:2026 “Meşə təsərrüfatı üçün maşınlar - təkərli xüsusi maşınlar lüğət, əyləc sistemlərinin sınaq üsulları və işə yararlılıq meyarları”;

• AZS ISO 5700-2025:2026 “Kənd təsərrüfatı və meşə təsərrüfatı üçün traktorlar - aşmaya qarşı qoruyucu quruluşlar - statik sınaqların metodu və qəbul şərtləri”;

• AZS ISO 11512:2026 “Meşə təsərrüfatı üçün texnika - tırtıllı xüsusi maşınlar- əyləc sistemlərinin işə yararlılıq meyarları”;

• AZS EN 1853:2026 “Kənd təsərrüfatı texnikası – qoşqular - təhlükəsizlik”;

• AZS ECE 112:2026 “Asimmetrik keçid şüası və ya hərəkət şüası və ya hər ikisini yayan və filament lampaları və ya işıq saçan diod (LED) modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar”;

• AZS ECE 113:2026 “Simmetrik ötürmə şüası və ya hərəkət şüası və ya hər ikisini yayan və filament, qazboşaltma işıq mənbələri və ya LED dair modulları ilə təchiz edilmiş avtomobil faralarının təsdiqi ilə bağlı vahid müddəalar”.

Əşrəf Mehdiyev kənd təsərrüfatı meşə texnika standart

Xəbər Lenti