Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub

Tarix: 25 Nov 2026 17:07

“PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməsi və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma yekunlaşıb.

"APA-Economics" bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.

Bununla əlaqədar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Hazırda işə baxılması prosesi davam edir.

APA-Economics Temu araşdırma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Mənbə: apa.az

Xəbər Lenti