Qlobal fond bazarlarında eniş müşahidə olunub

Qlobal fond bazarlarında eniş müşahidə olunub

Tarix: 10 Sep 2026 08:40

Qlobal fond bazarlarında əsas indekslər üzrə eniş qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ-də “Dow Jones” indeksi 405,41 bənd və ya 0,77% azalaraq 52 380,66 bəndə, “S&P 500” 37,16 bənd və ya 0,48% geriləyərək 7 636,36 bəndə, “Nasdaq Composite” isə 168,07 bənd və ya 0,64% azalaraq 26 253,34 bəndə düşüb.

“NYSE Composite” 0,66% azalaraq 24 311,15 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,60% geriləyərək 35 906,56 bənd təşkil edib.

Avropa fond bazarlarında eniş daha kəskin olub. “Euro Stoxx 50” 1,58% azalaraq 6 311,56 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 1,31% geriləyərək 10 670,06 bəndə, Almaniyanın “DAX” indeksi isə 1,66% azalaraq 25 576,45 bəndə düşüb. Fransanın “CAC 40” indeksi 1,94% azalaraq 8 156,67 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,51% geriləyərək 19 695,30 bənd olub.

Asiya-Sakit okean regionunda da əsas indekslər ucuzlaşıb. Yaponiyanın “Nikkei 225” indeksi 0,55% azalaraq 64 786,93 bəndə, “TOPIX” 0,20% geriləyərək 4 038,36 bəndə, Honq-Konqun “Hang Seng” indeksi isə 1,29% azalaraq 24 949,52 bəndə düşüb. Çinin “CSI 300” indeksi 0,42% azalaraq 4 553,52 bənd, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 1,44% geriləyərək 8 782,80 bənd təşkil edib.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti