Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 08:15
İranın sentyabrın 9-na keçən gecə İordaniyadakı Muvaffaq-Salti aviabazasına endirdiyi zərbələr nəticəsində ABŞ-yə məxsus bir neçə hərbi təyyarə zədələnib.
Bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bazadakı A-10 “Thunderbolt” hücum təyyarələrindən biri ciddi zədələnərək qanadını itirib.
Bundan başqa, səkkiz F-15 qırıcısının yüngül zədələr aldığı bildirilir. Təyyarələr sonradan yenidən istismara qaytarılıb.
CBS-in məlumatına görə, İordaniyadakı ABŞ qüvvələri İranın hücumundan müdafiə məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin 30-dan çox raketindən istifadə edib.
Hücumlar nəticəsində İordaniyada yerləşən ABŞ hərbçiləri arasında ölənlərin olmadığı bildirilir.
ABŞ İran İordaniya Muvaffaq-Salti aviabazası
Mənbə: apa.az