Cümə axşamı, 10 Sentyabr, 2026
Tarix: 10 Sep 2026 09:24
Mahaçqala şəhərində Ukrayna PUA-larının hücumundan sonra liman ərazisində yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şçukin məlumat verib.
Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində Avar Musiqili-Dram Teatrında da yanğın qeydə alınıb.
Təhlükəsizlik məqsədilə Mahaçqala hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Mahaçqala Ukrayna dron yanğınMənbə: apa.az