Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 03:43
Koreya Xalq Ordusu uzaqmənzilli artilleriya və raket qoşunlarının iştirakı ilə strateji qanadlı və taktiki ballistik raketlərin tətbiq olunduğu birgə təlim keçirib.
APA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Sentyabrın 12-də keçirilən təlimlərdə beş artilleriya və raket birləşməsinin bölmələri iştirak edib.
Təlimlərdə zərbə PUA-ları və termobarik döyüş sursatları ilə təchiz edilmiş iriçaplı reaktiv yaylım atəşi sistemlərindən də istifadə olunub.
Təlimlərə Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyası sədrinin müavini marşal Pak Çon Çon və KXAO Baş Qərargahının Artilleriya İdarəsinin rəisi general-mayor Yu Çan Son rəhbərlik edib.
Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, təlimdə iştirak edən bütün zərbə sistemləri təyin olunmuş hədəfləri eyni vaxtda “100 faiz dəqiqliklə” vurub.
Mənbə: apa.az