Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 10:23
Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsi ziyarət olunub.
APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, hərbi attaşeliyi, müşavirlər, eləcə də aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
Məlumata görə, səfir Birol Akgün abidələrə əklil qoyub, şəhid məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüb və Şəhidlik kitabını imzalayıb.
Firuzə Vahid Türkiyə Azərbaycan səfirlik

Mənbə: apa.az