Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Tarix: 15 Sep 2026 11:15

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, bu barədə nazirliyin “X” hesabında paylaşılıb.

“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik", - paylaşımda qeyd edilib.

Firuzə Vahid Türkiyə XİN

Mənbə: apa.az

Xəbər Lenti