Bazar ertəsi, 13 Aprel, 2026
Tarix: 08 Dec 2023 08:50
HONOR şirkəti yeni X9b smartfonunu təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, əlverişli qiymətə baxmayaraq, yeni məhsul bir sıra maraqlı xüsusiyyətlərə malikdir.
Belə ki, smartfon indi daha gücləndirilmiş konstruksiyaya sahib olub. Bunun sayəsində o, düşmə zamanı daha dayanıqlılıq qazanıb. Bu isə yeni məhsulu bir sıra rəqiblərdən fərqləndirən yeni HONOR X9b-nin əsas keyfiyyətləri sırasındadır.
Digər üstünlükləri də təqdim edirik:
Premium Görünüş
İstehsalçı orta qiymətli smartfona bir az dəbdəbə əlavə edib. Həqiqətən də, HONOR X9b dəyərindən nəzərəçarpacaq dərəcədə baha görünür. Bu, xüsusilə narıncı versiyaya aiddir. Görünüşü və toxunma qabiliyyətinə görə dəriyə çox bənzəyən bir örtük alıb. Loqo formasındakı vurğular və kamera blokunun çərçivəsi qızılı rəngdə bəzədilib ki, bu da arxa panellə harmoniya yaradır və dəbdəbə əlavə edir. Klassikləri sevənlər üçün yaşıl və qara versiyalar mövcuddur.




