Cümə, 16 Oktyabr, 2026
Tarix: 17 Sep 2026 22:43
İsveçdə hərbi poliqonda baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
Bu barədə “Sveriges Radio” məlumat yayıb.
Məlumata görə, partlayış yerli vaxtla saat 16:00-dan sonra Karlsborq şəhəri yaxınlığındakı hərbi poliqonda baş verib.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan 5-i reanimasiya şöbəsinə yerləşdirilib.
İsveç Silahlı Qüvvələrinin nümayəndəsi yaralananlar arasında hərbçilərin də olduğunu bildirib.
Polis partlayışın səbəblərini araşdırır.
İsveç partlayış hərbi poliqon Karlsborq
Mənbə: apa.az