Cümə, 16 Oktyabr, 2026
Tarix: 16 Oct 2026 07:34
ABŞ administrasiyası dizel yanacağının qiymətini azaltmaq məqsədilə sanksiya siyahısında olan Rusiya və İran gəmilərinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılması imkanını nəzərdən keçirir.
Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müzakirə edilən variantlar sanksiyalara məruz qalmış tankerlərin etibarlı operatorlara satılmasına icazə verilməsini və həmin gəmilərin məhdudiyyətlərdən çıxarılmasını nəzərdə tutur.
ABŞ-ın energetika naziri Kris Raytın bu məsələni həftə ərzində Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Dünya Neft Konqresində gündəmə gətirdiyi bildirilir.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi isə qeyd edib ki, sanksiya tətbiq olunmuş gəmilərin alınmasında maraqlı olan etibarlı alıcıların müraciətləri fərdi qaydada nəzərdən keçirilə bilər.
Onun sözlərinə görə, Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) belə əməliyyatlara icazə verilməsi və müvafiq gəmilərin sanksiya siyahısından çıxarılması barədə qərar qəbul edə bilər.
ABŞ Rusiya İran sanksiyalar neft tankerləri dizel yanacağı Financial Times
Mənbə: apa.az