Türkiyə səfiri: Münasibətlərimizi sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir

Tarix: 15 Jun 2024 12:02

Bu gün Türkiyə və Azərbaycan arasında ürəklərimizə hopmuş “Bir dövlət, iki millət” anlayışını müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının 3-cü ildönümüdür.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı X sosial şəbəkəsində paylaşımında bildirib.

“Gücümüzün birliyimizdə olduğuna olan inancla münasibətlərimizi və əməkdaşlığımızı hər sahədə inkişaf etdirərək gücləndirmək və sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir. Mübarək olsun!”, - deyə Türkiyə səfiri vurğulayıb.

Xəbər Lenti