Qəbələdə maşın piyadanı vuraraq öldürüb

Qəbələdə maşın piyadanı vuraraq öldürüb

Tarix: 22 Sep 2026 09:24

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Zarağan kəndində baş verib.

Belə ki, Murad Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada Seyidməmməd Zəkəriyəyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə Qəbələ piyada qəza yol ölüm faktı

Mənbə: apa.az

Xəbər Lenti