Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 04:12
ABŞ Danimarka və Qrenlandiya ilə əldə edilən razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirməyi planlaşdırır.
Bu barədə "Reuters" məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açmağı planlaşdırır. Vaşinqton, həmçinin adanın şərqində yerləşən Mestersviq hərbi məntəqəsində mövcudluq yaratmaq niyyətindədir. Hazırda bu obyektdən Danimarkanın “Sirius” xüsusi təyinatlı patrul bölməsi istifadə edir.
ABŞ “Bluie West One” bazasını 1950-ci illərdə bağlamışdı. Hazırda Qrenlandiyada ABŞ-nin yeganə daimi hərbi obyekti Pituffik Kosmik Bazasıdır və burada təxminən 150 amerikalı hərbçi xidmət edir.
ABŞ, Danimarka və Qrenlandiya arasında yeni təhlükəsizlik sazişinin sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanması gözlənilir.
ABŞ Qrenlandiya Danimarka hərbi baza
Mənbə: apa.az