Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 04:45
KXDR-in Raket Baş İdarəsi yeni silah sisteminin sınaqlarını uğurla həyata keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaqlar sentyabrın 20-də keçirilib və prosesi KXDR lideri Kim Çen In izləyib.
“Bu, müdafiə sahəsində şübhəsiz ki, ən müasir texniki potensialın nümayişidir və silahlı qüvvələrin nəzərəçarpacaq dərəcədə yenilənməsidir”, – Kim Çen In bildirib.
KCNA-nın məlumatına görə, sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərməyib. Sınaqdan keçirilən yeni silah sisteminin növü və texniki xüsusiyyətləri açıqlanmayıb.
Kim Çen In belə texnologiyaya malik olmağın ölkənin müharibəyə hazırlığı və silahlı qüvvələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
KXDR Kim Çen In silah sınağı raket
Mənbə: apa.az