Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 02:09
ABŞ tərəfinin təcili müraciəti əsasında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sentyabrın 23-nə planlaşdırılan Pentaqon səfəri təxirə salınıb.
APA xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik görüşün yeni tarixinin hazırda razılaşdırıldığını bildirib.
Planlaşdırılan vaxtda ABŞ-yə Polşa müdafiə nazirinin müavini səfər edəcək.
Kosinyak-Kamışın Pentaqon rəhbəri Pit Heqsetlə Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması məsələsini müzakirə edəcəyi gözlənilirdi. Donald Tramp sentyabrın 17-də bu istiqamətdə ciddi irəliləyiş əldə olunduğunu bildirmişdi, lakin yekun qərar hələ açıqlanmayıb.
Polşa ABŞ Pentaqon Vladislav Kosinyak-Kamış
Mənbə: apa.az