Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 14:44
ABŞ hərbi təzyiqi azaltsa və blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır.
Bu barədə anonim İran rəsmisi “Reuters”ə danışıb.
“ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli üzrə razılığa gəlməlidir”, - mənbə bildirib.
O əlavə edib ki, BMT Baş Assambleyasında İranı təmsil edən nümayəndə heyəti ABŞ-la diplomatiyanı dirçəltmək üçün tam səlahiyyətlidir.
Toğrul Quluzadə ABŞ İran blokada diplomatiya Hörmüz boğazıMənbə: apa.az